Cavanşir Məmmədov dəfn olundu – VİDEO

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər.

***16:17

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.

Globalinfo.az bildirir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.

Vida mərasimində sənətçinin ailə üzvləri, qohumları, sənət yoldaşları iştirak ediblər.

***15:35

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.

O, bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, sənətçi bu gün vəfat edib.

***14:00

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb.

Globalinfo.az bildirir ki, o, Yasamal qəbiristanlığında dəfn ediləcək.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.