Əməkdar artist Elnur Kərimovu ilan sancıb.
Globalinfo.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında teatrın aktyoru İlham Əsədov bildirib.
Bildirib ki, aktyoru sancan ilan ölüb. Elnur Kərimovun səhhəti isə hazırda yaxşıdır:
“Xəstəxanaya apardıq. Həkimlər müayinə etdilər. Daha sonra evə buraxdılar və narahatlığa əsas olmadığını bildirdilər. Ən maraqlısı isə odur ki, Elnuru sancan ilan ölüb”.