Əməkdar artist vəfat etdi, əri bunları yazdı

***12:27

Əməkdar artist Tünzalə Əliyeva vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat yayıb.

“Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib. Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Amin”, – A. Bürcəliyev qeyd edib.

Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Royal Babayev onun ölümü ilə bağlı paylaşım edib. “Qafqazinfo”nun məlumatına görə,  o bunları yazıb:

“Sən gördüyüm və tanıdığım ən gözəl insan idin. Ən gözəl həyat yoldaşı idin! Həm ata, həm ana idin mənə. Sən mənim həm bacım, həm qardaşım oldun. Mənə ən yaxın dost idin. Mən səndən çox razı oldum. Allah da səndən razı olsun, mənim gözəl həyat yoldaşım. İnşallah, qiyamətdə görüşərik!”