Əməkdar artist təyyarəyə niyə minmir? – Özü açıqladı

“30 min manatlıq təklifdən imtina etdim”. 

Globalinfo.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Sənətçi bildirib ki, buna səbəb təyyarəyə minə bilməməsidir:

“Dedim ki, istəmirəm, Allahın verdiyi ömürü vətənimdə salamat yaşamaq istəyirəm. 2003-cü ildə Moskvadan toydan gəlirdim, dedilər İranda təyyarə qəzaya düşüb, çoxlu adam ölüb. Onu eşidəndə özümə söz verdim ki, bir də təyyarəyə minməyəcəm”.

Yusif Mustafayev bildirib ki, vətənini hər şeydən üstün tutur.