Tanınmış müğənni dosent oldu

nusabe

Əməkdar artist Nüşabə Ələsgərliyə dosent elmi adı verilib.

Globalinfo.az bildirir ki, bu haqda müğənni axşam.az-a açıqlamasında deyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Estrada sənəti” kafedrasında dərs deyən ifaçı dosent olub.

“Universitetdə Elmi Şura bunu təsdiqlədi və dosent oldum”- N.Ələsgərli bildirib.

Qeyd edək ki, Nüşabə Ələsgərli 2018-ci ildə “Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri” adlı elmi işini müdafiə edib və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim işləyir.