Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. 

Globalinfo.az bildirir ki, xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Xatırladaq ki, Cavanşir Məmmədov son illər ciddi gərginlik yaşayırdı. O, qızının keçmiş həyat yoldaşı ilə mülk və pul üstündə mübahisə edirdi. Bu məsələ məhkəməyə qədər gedib çıxmışdı. Müğənni bu mövzu ilə bağlı televiziya proqramlarına da çıxmışdı. Cavanşir Məmmədov iddia edirdi ki, keçmiş kürəkəni ona və ailəsinə qarşı dələduzluq edərək küllü miqdarda pulunu mənimsəyib. İlkin rəylərə görə, o, bu cür ağır stress və davamlı əsəb gərginliyi nəticəsində dünyasını dəyişib.