301168633 609563927235436 5504163387614534480 n

Əməkdar artist, xanəndə Bəyimxanım Vəliyeva Fəlsəfə doktoru diplomu alıb.

Globalinfo.az xəbər verir ki, Əməkdar artist bu barədə özü məlumat paylaşıb.

O, qeyd edib ki, 8 illik əziyyətinin bəhrəsini bu gün əldə edib.

“Əslində bugünkü uğur günüm 2014-cü ildən başladı. 8 il ərzində zəhmət, əziyyət, stress, gərginlik, həyəcan, yuxusuz gecələr, bəzən göz yaşları və daha nələr…. Ən önəmlisi isə o idi ki, sonunda gözəl nəticə ola da, olmaya da bilərdi. Çünki hər müdafiənin sonu diplom almaqla nəticələnmir”.

B. Əliyeva bu yolda ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

“İlk gündən bu günə kimi hər anımda dəstək olduğu üçün ilk növbədə həyat yoldaşıma, daha sonra Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor, dəyərli insan Siyavuş Kərimi, Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə xanım Hüseynovaya, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə, eləcə də adlarını çəkmədiyim çox sayda mənə əziz və doğma olan insanların hər birinə ayrı-ayrılıqda dərin minnətdarlığımı bildirirəm”.

322258744 690016309348511 791788036495020506 n 321935871 538821307965086 2903002236136048738 n 322116976 550487986991266 7253234961293143081 n 322367454 492675962760214 7144885607112608269 n

Paylaş: