Kanada Türkiyəyə hərbi məhsulların satışına qoyulan embarqonu ləğv edə bilər.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Ermənistan İnqilab Federasiyasının erməni işləri üzrə Mərkəzi məlumat yayıb.
İsveçin NATO-ya üzvlüyü ilə bağlı davam edən proses çərçivəsində Kanadanın Türkiyəyə hərbi məhsulların satışına qoyulan embarqonu aradan qaldıracağı bildirilib.
Amerikanın Erməni Milli Komitəsi Kanada hökumətinə müraciətində məsələdən narahat olduğunu vurğulayıb.
Ayşən Mustafa
Globalinfo.az