Fransa və PSJ-nin ulduz futbolçusu Kilian Embappe Paris klubuna verdiyi sözü tutmayıb.
Globalinfo.az xəbər verir ki, Embappe avqust ayında PSJ prezidenti Nasser Əl-Xəlaifiyə müqaviləni uzadacağını vəd edib, lakin daha sonra “Real Madrid”ə keçmək qərarı verib.
Onun bu addımı prezidenti Nasser Əl-Xəlaifini qəzəbləndirib.
Qeyd edək ki, K.Embappenin yayda “Real” keçəcəyi gözlənilir.