Elza qız uşağını sərt tənqid etməsindən danışdı

Əməkdar artist Elza Seyidcahan münsif olduğu verilişdə qız uşağının oğlan kimi rəqs etməsini sərt tənqid edib. Müğənninin bunu tamaşaçıların gözü qarşısında etməsi birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Elza Seyidcahan deyib ki, bu cür rəqslər oğlanlar üçündür:

“Gülərüz qızcığaz özü də necə rəqs etdiyini bilmirdi. Niyə elə rəqs etməlidir? Sənətkarların, peşəkarların tənqidləri nə qədər sərt olsa belə, yararlananlar üçün bir məlhəmdir. Biz elə efirdə dedik ki, gözəl, gülərüz qızsan, amma belə rəqs oğlanlara məxsusdur”.

Leyla Əlisoy
Globalinfo.az