Elxan Qasımov harada dəfn olunacaq? – Qızından açıqlama / YENİLƏNİB

Kinorejisser, Əməkdar artist Elxan Qasımovun qızı Kəmalə “Bizim Media”ya açıqlama verib.

O bildirib ki, atası bir neçə dəqiqə əvvəl müalicə aldığı klinikada dünyasını dəyişib:

“Atamın vəziyyəti çox ağır idi. O, bir neçə dəqiqə əvvəl müalicə aldığı klinikada vəfat etdi. Bu dəqiqə danışmaq mənim üçün çox ağırdır. Atama aorta anevrizmasının partlaması diaqnozu qoyulmuşdu. Mayın 9-da təcili əməliyyat olundu. Bir müddət reanimasiyada müalicələr aldı. Çox qan itirdiyinə görə, ona qan köçürüldu, sistemlər olundu. Bir müddətdən sonra onu süni nəfəs aparatından ayırdılar. Çətinliklə də olsa nəfəs alırdı. Amma həkimlərin bütün səylərinə baxmayaraq, atamı bu ağır vəziyyətdən çıxartmaq mümkün olmadı”.

***

Əməkdar artist Elxan Qasımovla vida mərasimi sabah “Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya mərhumun sənət və ailə dostu, rejissor Tahir Tahiroviç məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi saat 11:30-da başlayacaq:

“Daha sonra Xırdalanda oğlu Samir Qasımovun yanında dəfn ediləcək”.

***

Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Qeyd edək ki, Əməkdar artist Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulmuş, əməliyyat olunmuşdu.

Allah rəhmət eləsin!

Ayşən

Globalinfo.az