Elxan Qasımov dəfn olundu – YENİLƏNİB

 

Ötən gün vəfat edən Əməkdar artist Elxan Qasımov dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhum Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

***11:33

Əməkdar artist Elxan Qasımov ilə vida mərasimi başa çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhumun evində keçirilən mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda E.Qasımovun cənazəsi dəfn olunması üçün Xırdalan qəbiristanlığına aparılır.

***11:06

Ötən gün vəfat edən Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhumun yaşadığı evdə keçirilən mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Mərasimdən sonra E.Qasımov Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan E.Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.