Elşad Hacıyev “bu sözləri ləğv edək” dedi, hamı dəstəklədi

“Yaxşı edirəm” və “əcəb edirəm” ifadələri leksikondan çıxarılmalıdır.

Globalinfo.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev qeyd edib.

O bu tip ifadələrin mübahisələr zamanı cinayətə səbəb olduğunu vurğulayıb:

“Təəssüf ki, bu kimi sözlər affekt vəziyyəti yaradır. Bu ifadələri həyat tərzinə çevirmiş adamlar ya ölümə gedir, ya öldürməyə”.

Sosial şəbəkə istifadəçilər onun bu fikrini təsdiq edərək bildiriblər ki, bu məzmunda ifadələr xüsusən ailədaxili münaqişələr zamanı səsləndirilir və bəzən qətlə səbəb olur.

Zaira
Globalinfo.az