Elnur Əliyev barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri seçildi

Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sərbəst buraxılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.