Xəbər verdiyimiz kimi, əməkdar artist Elnarə Abdullayevanın qızı Xədicənin xəstəxanaya yerləşdirildiyinə dair məlumat yayılıb.
Globalinfo.az-a danışan xanəndə hər şeyin qaydasında olduğunu deyib.
O, qızının iddia edildiyi kimi reanimasiyada olmadığını bildirib.
“Qızım möhkəm qripə yoluxub. Gördük halı yaxşı deyil, məcbur olub xəstəxanaya gətirdik. Şükür Allaha, hazırda vəziyyəti yaxşıdır. Sadəcə, indiki qriplər çox pisdir və ağır keçirilir. Reanimasiyaya yerləşdirilməyib, lakin xəstəxanada müalicə alır”.
Zaira Akifqızı
Globalinfo.az