Elmar Məmmədyarov:”Urmiyada bazara getdim, gənclər “Yaşasın Azərbaycan” hayqırtıları ilə qarşıladılar” – VİDEO

“İran heç zaman Azərbaycanla müharibəyə başlaya bilməz”.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov “Danışaq?” verilişində Həmid Həmidova müsahibəsində deyib.

Sabiq nazir onu da əlavə edib ki, bunun bir sıra səbəbləri var:

“Ən əsası da odur ki, orada 30 milyondan çox azərbaycanlı yaşayır. Rejim bu qədər gücü görməyə bilməz. Bir hadisəni danışım. Urmiyada Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilirdi. Fasilə zamanı Urmiyanı yaxından tanımaq məqsədi ilə şəhərə çıxdıq. Heç 15 dəqiqə keçmədi ki, arxamızca gənclərin izdihamı yarandı. Onlar “Yaşasın Azərbaycan” qışqırırdılar. Və təbii ki, xüsusi xidmət orqanları bizdən tezliklə ofisə qayıtmağımızı istədilər. Deməyim odur ki, rejim azərbaycanlılardan açıq şəkildə çəkinir”.

Daha ətraflı videoda: