Elmar Məmmədyarov Rusiyaya səfir gedir? – Özü danışdı

Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfir təyin olunacağı ilə bağlı məlumat yayılıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Elmar Məmmədyarov xəbəri təkzib edib.

O, belə bir təklif almadığını bildirib:

“Açığı, mənə bununla bağlı heç bir təklif gəlməyib. Təklif gələrsə, ona uyğun da addım ataram. Amma ortada heç nə yoxdur axı. Həm də artıq hörmətli Polad Bülbüloğlunu deputat seçdilər? (Gülür). Mənim Polad müəllimə böyük hörmətim var. Bizim onunla tanışlığımız, hətta mən nazir olmadığım illərə təsadüf edir. O, Azərbaycan üçün istər mədəniyyət, istərsə də siyasi baxımdan yaxşı işlər görüb”.

Xatırladaq ki, məlumatı ilk dəfə Demokrat.az saytı yayıb.

Zaira Akifqızı
Globalinfo.az