Elman Nəsirova ağır itki – AÇIQLAMA

***11:32

Milli Məclisin deputatı Elman Nəsirova ağır itki üz verib.

Bu barədə Globalinfo.az-a deputat özü məlumat verib.

Onun sözlərinə görə, anası Zərifə Nəsirova bu gün 77 yaşında insultdan dünyasını dəyişib:

“Hazırda yoldayam, Cəlilabad rayonuna gedirəm. Anamın ölüm xəbərini yeni aldım. İyul ayında insult keçirmişdi və o gündən müalicə alırdı. Təəssüf ki, dekabr ayının 30-u yenidən təzyiqi yüksəldi. Bu gün də dünyasını dəyişdi”.

E.Nəsirov anasının Cəlilabad rayonunda dəfn olunacağını bildirib.

Allah rəhmət eləsin!

Zaira Akifqızı
Globalinfo.az