Qarabağda fantastik işlər gedir – Deputat

qarabaglar

“2024-cü ildə mühüm işlər görülüb. Hesabatda 3 istiqamət: sosial iqtisadi, müdafiə və təhlükəsizlik, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış məsələsi ilə bağlı müəyyən fikirlər bildirmək istəyirəm“.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, 2003-cü ildə Azərbaycanda ümumdaxili məhsulun səviyyəsi 7.1 milyard manat idi:

“Azərbaycanda ümumdaxili məhsulun qiyməti 2024-cü ildə 126.3 milyard manata gəlib çatıb. Qeyri-neft sənayesinin inkişafında 2024-cü ildə mühüm irəliləyiş əldə edilib. Strateji valyuta ehtiyatları 2023-cü illə müqayisədə 3.7 faiz müşahidə edilir. Dünya praktikasında az rast gəlinən haldır ki, strateji valyuta ehtiyatları xarici dövlət borcumuzu 14 dəfədən çox üstələyib.

2018-ci ildən bu yana 4 dəfə sosial istlahatlar paketi həyata keçirilib. Minimum əmək haqqı 2.7 dəfə artıb, pensiya məbləği 2.5 dəfə artıb.

2024-cü ili 2020-ci illə müqayisə etsək sosial istiqamət üçün 37.7 faiz artıq vəsait ayrılıb.

Bugünkü dünyada beynəlxalq hüquq işləmir. Azərbaycanın müdafiə və təhlükəsizlik büdcəsi 2020-ci ildə 1.9 milyard dollar, 2024-cü ildə 1.5 milyard dollar, 2025-ci ildə isə milyard dollara gəlib çatdı.

Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində fantastik işlər gedir. Böyük quruculuq, inşaat meydançasına çevrilib. Maddi imkanlarımız, kadrlarımız, potensialımız var. Bu istiqamətdə də kifayət qədər maliyyə ayrılıb. Ciddi işlər görülür. Qarşıda duran strasteji hədəflərə çatmışıq”.

Safura Bənnayeva
Globalinfo.az