Liderlərin ayaqüstü görüşünün açması: nələr gözlənilir?

Kreml sözçüsü Dmitri Peskov deyib ki, MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti uğurlu keçib və dövlət rəhbərləri ən aktual mövzuları müzakirə ediblər. O həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan sülhə yaxındırlar.

Maraqlıdır, Əliyevlə Paşinyanın Sankt-Peterburqda ayaqüstü müzakirəsi nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla 5 aylıq fasilədən sonra Rusiyada bir araya gəldi:

“Bu cür təmaslar sülh prosesini irəliyə apara bilər. Son günlər sülhə dair müsbət addımlar atılır və vasitəçilər olmadan görüşlər keçirilir. Bu barışığa inamı artırır.

Oqtay Qasımov

Digər önəmli məqam budur ki, tərəflər sülh sənədini bir-birinə göndərirlər. Yəni danışıqlar masasında müzakirə edilən bir sənəd var. Bu belə özlüyündə müsbət məqamdır. O ki qaldı iki liderin bir araya gəlməsinə, bu gözlənilirdi.

Rusiya prezidenti liderləri 2024-cü ildə Kazanda baş tutacaq görüşə dəvət edib. Mümkündür ki, növbəti görüş məhz Kazanda baş tutsun. Sülh sazişinin Qərb platformasında imzalanmasını istəməyən Kreml təşəbbüsü ələ almaqda israrlıdır. Bizi maraqlı proseslər gözləyir”.

Turan Rzayev
Globalinfo.az