Əliyevlə Paşinyan arasındakı tarixi görüşün detalları bəlli oldu – YENİLƏNİB

Brüsseldə keçiriləcək üçtərəfli görüşün ilkin detalları bəlli olub.

Globalinfo.az xəbər verir ki, görüş haqqında məlumatlar Avropa Birliyinin saytında yerləşdirilib.

Məlumata görə, bu gün Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel Nikol Paşinyanla yerli vaxtla 19:00-da görüşəcək. Azərbaycan lideriylə Mişelin görüşü isə sabah yerli vaxt 9:00 üçün nəzərdə tutulub. Üçtərəfli görüşün isə saat 1:00-da gerçəkləşməsi planlaşdırılıb.

***12:12

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb.

Globalinfo.az bildirir ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan liderlərinin sabah Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.

Bildirilib ki, görüş Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.

Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.

Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.