Əliyevə gələn bu təbrik erməni deputatı təşvişə saldı

“Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcəyi deyilir, amma nə zaman olacağına aydınlıq gətirilməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Ovannisyan deyib.

“Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı əvvəllər açıqladığı üç prinsipi təkrarlamağa ehtiyac duymur. İrəvan prosesdə öz mövqeyini bildirib, müxtəlif formatlarda təməl prinsiplər razılaşdırılıb və onların yenidən müzakirəsinə qayıtmağa ehtiyac yoxdur. Brüssel görüşünə hazırlıqlı getmək lazımdır”, – A.Ovannisyan bildirib.

Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi təbrik edib.

Ş.Mişel Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az