Əliyev zarafat etmir, Azərbaycan Ordusu bura gələcək – Erməni polkovnik

“Azərbaycan Prezidenti İlham Əliyev “İrəvan bizim tarixi torpağımızdır” deyəndə nağıl danışmır, öz ordusunda motivasiya yaradır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan ordusunun ehtiyatda olan polkovniki Hayk Nahapetyan deyib.

O bildirib ki, Azərbaycan masada istədiyini ala bilməsə, bunu hərb meydanında edəcək?

“Fəth edən əsgərin motivasiyası başqadır. Əliyev ordusunun döyüş ruhunu yüksəldir və yeni fəthlə bağlı həvəsləndirir.

Onlar itirdiklərini geri qaytaracaqlarına inanırlar. Ölənə kimi döyüşəcəklər, çünki azadetmə motivasiyası ilə gələcəklər”.

Qeyd edək ki, Prezident İlham Əliyev rəsmi Bakının başqa ölkənin beynəlxalq hüquqla tanınan ərazilərinə iddiası olmadığını daha əvvəl dəfələrlə bəyan edib.

Tamerlan Yayaqan
Globalinfo.az