Eliyev Pezeskian 11

“Bişkekdə Azərbaycanİran prezidentləri arasında olduqca səmimi bir görüş baş tutdu. Doğrusu, bu səmimiyyət hamımızın milli qürurunu oxşadı, bizi sevindirdi. Ancaq görünür, bunu istəməyənlər də var idi ki, onlar da bu səmimiyyətə qarşı bir su təxribatı hazırlamışdılar. Lakin bu diplomatik təxribatın birdən çox mənası var idi. Prezident İlham Əliyev isə bütün təxribatlara qarşı elə bir diplomatik gediş etdi ki, bu, sözün əsl mənasında diplomatiyada ustad dərsinə çevrildi”. 

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, birinci təxribat o idi ki, Pezeşkian su istəmədiyi halda ona protokolda nəzərdə tutulmayan stəkanda su verildi:

“Bu, protokol pozuntusu idi. İkinci təxribat o idi ki, eyni masada oturan ikinci Prezidentə su təklif edilmədi. Bu isə həm protokol pozuntusu, həm də hər iki prezidentə qarşı hörmətsizlik idi. Ancaq burada daha bir strateji mesaj da var idi. İran prezidentinə verilən su nədənsə İrandan məxsusi olaraq gətirilən, İran mənşəli olmayan “Barjomi” suyu idi. Deməli, diplomatik tamaşa əvvəlcədən xüsusi olaraq hazırlanmışdı.

Verilən mesaj isə belə idi. Biz Zəngəzur dəhlizinə qarşıyıq, yüklərimizi və tranzit kommunikasiyalarımızı Ermənistan–Gürcüstan xətti üzrə həyata keçirəcəyik. AzərbaycanTürkiyə üzərindən deyil, Ermənistan və Gürcüstan üzərindən Qara dənizə və Avropaya çıxış əldə edəcəyik. Üstəlik, Gürcüstanda yaşayan azərbaycanlıların bir hissəsini biz idarə edirik, Gürcüstan hakimiyyəti ilə işbirliyi sayəsində onları öz təbəəmizə çevirməyi bacarmışıq!

Bu təxribatçı tamaşanı isə Prezident İlham Əliyev sadəcə gülərək pozdu! Çox hörmətli, cənab Pezeşkiana işğaldan azad edilmiş gözəl Kəlbəcərimizin İsti suyunu ikram etdi. Bu o demək idi ki, siz vaxtında Ulu Öndər Heydər Əliyevin İrana səfəri zamanı da Xəzər dənizini “Mazandaran” gölü adlandıraraq “Əsrin müqaviləsi”nin baş tutmayacağı mesajını verməyə çalışmışdınız, ancaq baş tutdu. İndi isə Zəngəzur dəhlizinin baş tutmaması üçün çalışırsınız, ancaq o da baş tutacaq!”

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: