Əliyev müharibə haqda faktı açdı, Anna Akopyan təsdiq etdi

“Biz müharibədə 4 min əsgəri itirdik, çünki çoxu cəbhəyə getmədi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan deyib.

“Biz yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 günlük müharibədə 11 min nəfər fərarimiz vardı. Mən bir qadın kimi dəstə yaratdım ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Lakin kişilərimiz buna qoşulmadı”, – A.Akopyan bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev daha əvvəlki çıxışlarında Ermənistan ordusunda 11 min fərarinin olduğunu açıqlamışdı. Erməni mediası Anna Akopyanın son çıxışından sonra onun Azərbaycan Prezidentinin söylədiyi faktı təsdiq etdiyini yazıb. Bildirilib ki, bu vəziyyətin özü belə rəsmi Bakının Ermənistan siyasətinə nə dərəcədə nüfuz edə bildiyini göstərir.