“Erməni xalqının taleyi xarici qüvvələrin əlinə verilib və onların prioritetlərinə uyğun həll ediləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
“İsrailin Fələstin, Livan, Suriya, eləcə də İrana zərbələri beynəlxalq hüququn “həssaslığını” göstərir. Təsadüfi deyil ki, son zamanlar Azərbaycan Prezidenti dünyada beynəlxalq hüququn dominantlıq etmədiyini deyir. Bu fəlakətli reallıq şəraitində hökumətimiz bizi inandırmağa çalışır ki, güclü orduya ehtiyac yoxdur. Erməni xalqının taleyi xarici qüvvələrin əlinə verilib və onların prioritetinə uyğun hər şey həll ediləcək”, – o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Qarabağın işğalda olduğu dövrdə dünyanın buna səssiz qaldığını, beynəlxalq hüququn işləmədiyini dəfələrlə bəyan edib.
Həmçinin rəsmi İrəvanın xarici qüvvələrin əlində vasitəyə çevrildiyini, bu səbəbdən sülh müqaviləsini imzalamaqdan yayındığını vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az