Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.
Mədəniyyət Nazirliyi faktı təsdiq edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.
Akademik Musiqili Teatrına yeni direktor təyin edilib.
Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Əmrə əsasən Aqil Adil oğlu Bəhramlı Akademik Musiqili Teatrına direktor təyin edilib.
Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.
Qeyd edək ki, Aqil Bəhramlı sözügedən təyinata qədər Gəncə Dövlət Dram teatrının direktoru vəzifəsində çalışıb.
Aqil Bəhramlı