yas cadiri 0251

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov vəfat edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, aktyor uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.

6669d9f33ea386669d9f33ea3917182131076669d9f33ea346669d9f33ea36

Əlibala Əfsər oğlu Əsgərov 28 yanvar 1955-ci ildə Sumqayıt şəhərində anadan olub.

1972-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhər mədəniyyət evində əmək fəaliyyətinə başlayıb.

1978-1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsində təhsil alıb.

1975-ci ildən Lənkəran Dövlət Dram Teatrı ilə əməkdaşlıq edən aktyor onlarla teatr tamaşasında səhnə alıb.

Daha çox teatr fəaliyyəti göstərsə də, Əlibala Əsgərov həmçinin bir sıra serial və filmlərdə müxtəlif obrazları canlandırıb.

Paylaş: