Əli Mirəliyevin səhhətində problem yarandı – AÇIQLAMA

Müğənni Əli Mirəliyev fevralın 7-də xəstəxanaya yerləşdirilib.

Bu barədə Globalinfo.az-a danışan müğənni həzm sistemində problem olduğunu bildirib.

“4 gün öncə Mərdəkanda olarkən şiddətli ağrılarım oldu, amma xəstəxanaya getmədim. Nəhayət, dünən qızım məni həkimə apardı. Hazırda özümü yaxşı hiss edirəm. Ötən il də həzm sistemimdə eyni problem yaranmışdı. Açığı, yeməyimə fikir vermirəm, bunun da təsiri olur. Dünən deyirdilər, əməliyyat oluna bilərəm, görünür, ehtiyac qalmadı. Hələ xəstəxanadayam”, – Ə.Mirəliyev deyib.

Leyla Əlisoy
Globalinfo.az