***14:46
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində hüquq mühafizə orqanları tərəfindən axtarış aparıldığı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə partiya fəalları sosial mediada məlumat yayıb.
Xəbəri videodan da izləyə bilərsiniz:
Həmçinin Əli Kərimlinin müşaviri Məmməd İbrahimin də evində axtarış aparıldığı qeyd olunur.
Hüquq-mühafizə orqanlarından məlumatı Teleqraf-a təsdiqləyiblər.
“Qafqazinfo”nun xəbərinə görə, AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Əli Kərimli saxlanılıb.
Qeyd edək ki, daha öncə Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı məktubda yaratmaq istədiyi “Dövlət Şurası” üçün 50 nəfərlik siyahı təqdim etdiyinə dair məlumat yayılmışdı. Bildirilirdi ki, AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Mehdiyevin sözügedən siyahısındakı əsas adamlardır. Sonrakı proseslərdə isə AXCP və Musavat Partiyasının bağlanmasına dair müzakirələr aparıldı. Gözlənilir ki, Əli Kərimlinin saxlanılmasından sonra onun rəhbərlik etdiyi partiya da rəsmi şəkildə ləğv olunsun.
