Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi, daha sonra bunları yazdı – FOTO

“Vəfa borcumu yerinə yetirdim. Azərbaycan Xalqının Lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət etdim, ruhuna dualar oxudum”.

Globalinfo.az xəbər verir ki, bu sözləri sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının rəhbəri Əli İnsanov ümumilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi haqda yazıb..

“Sonra unudulmaz xeyirxahımız, Akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, fəxrimiz Əziz Əliyevin, əziz müəllimim, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin, vəfalı dostum, Akademik Cəlal Əliyevin və əziz müəllimim, Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyevin məzarlarını da ziyarət etdim.

Ruhları şad, məkanları cənnət olsun. Amin !

Dərin hörmət və ehtiramla, Əli İnsanov”, – o bildirib.