eli hesenov 0

Araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazır ki, Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının sədri olan Əli Həsənovun kürəkəni Elman Allahverdiyev xaricdə yeni bizneslər qurur.

286333ce fa07 421e b6b8 5e466b5d4015
766d71b8 2b1e 4b18 99ab 12a5562cce57

Jurnalist bildirir ki, Allahverdiyevin Bad Bevensendə aldığı başqa otellər də var. 2014-cü ildə şəhərin Bergstraße küçəsində “Heidekrug” otelini alıb, lakin 5 il istifadəsiz saxladıqdan sonra 2019-cu ildə “Manfred Preuss” adlı şəxsə dəyər-dəyməzinə satıb. Yeni sahibi otel otaqlarını 15 mənzilə çevirərək satışa çıxarıb.

2386a835 99ad 4139 baf1 f520b3dc1cd7

Eyni ildə Elman Allahverdiyev Bad Bevensendə sahəsi 14 770 kv.m olan keçmiş “Diabet Klinikası”nı da alıb. Burada vaxtilə Almaniya Diabet Muzeyi yerləşirdi. 2019-cu ildə klinika binası sökülüb, həmin ərazi isə bu günədək xarabalığı xatırladır. Bundan başqa, Allahverdiyev kurort şəhərinin Haberkamp küçəsində yerləşən “Grüning Hotel”, eləcə də “Nicolas” pansionatını da alıb.

Beləliklə, Cavanşir Həsənlinin təqdim etdiyi siyahıya görə, Əli Həsənovun kürəkəni yalnız Bad Bevensen şəhərində 4 otel, 1 pansionat və 1 klinika binasına sahib olub.

C.Həsənli əlavə edir ki, Elman Allahverdiyevin adı ictimaiyyətə daha çox oğlu Nail Allahverdiyevin 2017-ci ildə törətdiyi ağır yol qəzası ilə bağlı tanışdır. Həmin ilin avqustunda Nail Allahverdiyev “Mercedes-Gelandewagen” markalı avtomobillə yüksək sürətlə hərəkət edərək iki nəfərin ölümünə, daha ikisinin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdu. Araşdırmaçı jurnalistin iddiasına görə, məhz bu hadisədən dərhal sonra Elman Allahverdiyev Azərbaycandan külli miqdarda vəsait çıxararaq Almaniyada milyonlarla avro dəyərində otellər və klinika binası alıb.

Xatırladaq ki, Əli Həsənov 1998–2019-cu illərdə Baş nazirin müavini, 1998-2018-ci illərdə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.(“AzPolitika.info”)

e8e618cc 5e3b 4745 9bed 5a35b33abe0a
5ed14bbc 62b7 4e36 9df7 32ed321b537c
4f0b8a7e 2103 44b0 9aa0 42bab3e68342
e4697a94 1380 4893 9ab9 fb35896c3d24
b951cae7 0c5b 4596 ac29 507034d26852
b72e77a1 b5e4 4198 8525 f94d0a3167b3
dd1491b9 771b 401a b149 8efb5f828833

Paylaş: