Əli Əsədovla Paşinyan görüşdü – YENİLƏNİB

Gürcüstan Baş naziri İrakli Qaribaşvili ötən gün Tbilisidə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Baş naziri Əli Əsədovla üçtərəfli görüş keçirdiyini təsdiqləyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hökumət başçısı bu barədə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binasının təməlqoyma mərasimində bildirib.

“Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır”,- Qaribaşvili deyib.

Bununla belə, hökumət başçısı görüş zamanı müzakirə edilən məsələləri açıqlamayıb.

***11:41

Azərbaycan və Ermənistan Baş nazirləri Gürcüstanda görüş keçiriblər.

Globalinfo.az xəbər verir ki, Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər.

Gürcüstanın “İmedi” telekanalının məlumatına görə, Gürcüstan, Azərbaycan və Ermənistan Baş nazirlərinin görüşü bir neçə saat davam edib.

Danışıqların təfərrüatları açıqlanmayıb.