Əli Əsədov 3 qərar imzaladı

eli esedov 44

Nazirlər Kabineti ölkə Prezidentinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 29 noyabr 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”20 dekabr 2024-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycanda ailənin orta gəliri hesablanarkən onun gəlirindən paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası çıxılmayacaq.

X X X

Azərbaycanda ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında dəyişiklik edilib.

Həmçinin oxuyun:

Baş nazirdən aviasiya işçiləri ilə bağlı qərar

Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

X X X

Nazirlər Kabineti 7 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların texniki uçotunun aparılması Qaydaları”nda dəyişiklik edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar bundan sonra Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələrinə də aid ediləcək.