
Ələt-Astara yolu ilə hərəkət edən avtomobil yanıb.
Globalinfo.az xəbər verir ki, Hərəkətdə olan “Ford Fusion” markalı minik avtomobili qəfil yanmağa başlayıb.
Hadisə magistralın 24-cü kilometrliyində qeydə alınıb, əraziyə polis və FHN əməkdaşları cəlb edilib.
Məlumata görə, avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb. Yanğın söndürülüb.