66e6ecc51cb5366e6ecc51cb54172640992466e6ecc51cb5066e6ecc51cb51
Cəlilabadda baş verən qəzada şəhidin xanımı xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki ə, hadisə yeni Ələt-Astara magistralının 99-cu kilometrliyində Cəlilabad rayonu ərazisində baş verib.

Gülnar Abdullayevaya məxsus 77 RY052 nömrəli “Hunday-Sonata” markalı avtomobil hərəkətdə olarkən, ötmə əməliyyatı aparan digər nəqliyyat vasitəsi tərəfindən vurulub. Vurulan avtomobil yol qoruyucularına çırpılıb.

Qəza vəziyyəti yaradan nəqliyyat vasitəsi isə hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, xanım sürücü şəhid Rəşad Abdullayevin həyat yoldaşıdır. Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Onlar yüngül xəsarətlər alıblar və hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparır.

Ələt-Astara magistralında yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var - FOTOLENT Ələt-Astara magistralında yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var - FOTOLENT Ələt-Astara magistralında yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var - FOTOLENT <

Paylaş: