Elektron saatlarda bunu da edəcəyik

Ağıllı saatlarda telefon olmadan da naviqasiya sistemini istifadə etmək mümkün olacaq.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Google” şirkəti hazırda həmin funksiyanın üzərində işləyir.

Əsasən LTE dəstəkli Wear OS cihazlarına gələn bu xüsusiyyət ilə ağıllı saatlarda yolu smartfonsuz tapmaq mümkün olacaq.

Həmçinin, xüsusiyyətin saatlarda görünməsinin bir neçə gün çəkə biləcəyi bildirilir.