Globalinfo.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib ki, qərar elektromobillərin istehsalı və satışına zərər vuracaq:
“Bu addım digər ölkələrdəki böyük avtomobil istehsalçılarının elektromobillərlə bağlı geriləməsinə səbəb olacaq. Artıq bir neçə ildir, Pekinlə Avropa İttifaqı ölkələri elektromobil istehsalında yarışırdılar. Bu ildən etibarən Çin bu sahədə liderliyi ələ keçirəcək. ABŞ-da isə elektromobil almaq istəyən vətəndaşlara təxminən 7500 dollar civarında vergi güzəştləri tətbiq edilirdi. Lakin yeni administrasiya bunları dayandırır və avtomobillərə olan ekoloji tələblər azaldılır. Yəni elektromobillərə, hibridlərə, benzin və dizellə çalışan avtomobillərə xüsusi ekoloji standartlar tətbiq edilmişdisə, bu ildən yumşaldılır. Məqsəd ABŞ avtomobil istehsalçılarının öz işlərini doğru qura bilməsi, yalnız elektromobil istehsalına fokuslanmamasıdır”.
Eldəniz Cəfərov
Ekspert bildirib ki, Çinin son qərarı digər ölkələrdə tamamilə hibrid və yaxud elektromobillərin istehsalında tənəzzül demək deyil:
“Daha çox müştərək müəssisələr açılacaq və avtomobillər, yeni modellər istehsal olunacaq”.
Günay Rəsulqızı
Globalinfo.az