eldar

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda qamışlıq ərazi yanır.

Globalinfo.az xəbər verir ki, hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

Eldar Əzizov Xətai rayonunda qamışlıq ərazidə baş verən yanğından danışıb.

O bildirib ki, yay aylarında bütün dünyada bu cür hadisələr baş verir:

“Nəzərə alaq ki, bu il alimlər tərəfindən planetimizdə ən yüksək temperatur qeydə alınıb. Bu qlobal istiləşmə ilə bağlı olan hadisədir. Amma tam dəqiq səbəbləri yalnız ekspertizadan sonra bilinəcək”.

Qeyd edək ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Paylaş: