Elçin Sadıqov ev dustaqlığına buraxıldı

Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb.

Globalinfo.az bildirir ki, “Reportun məlumatına görə, bununla bağlı qərar bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

Qeyd edək ki, vəkilləri Elçin Sadıqovun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəmişdi. Ötən gün keçirilən iclasda məlum olub ki, o, həbs olunduğu gündən (11 sentyabr) aclığa başlayıb.

Xatırladaq ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılırdı.

E.Sadıqov vəkili olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.

Elçin Sadıqovun vəkilləri Rövşanə Rəhimli, Əsabəli Mustafayev və Rəsul Cəfərov. 17 sentybar 2022-ci il, Bakı Apelyasiya Məhkəməsi