Elbrus dağında itkin düşən belaruslu turistlərdən xəbər var

Ötən gün Elbrus dağında itkin düşən belaruslu turistlər sağ tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir gün əvvəl Elbrus dağında Belarusdan olan 6 turist sağ tapılıb.

Qeyd edək ki, ötən gün Elbrus dağının Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası ərazisinə düşən hissəsində Belarus turistlərindən ibarət 6 nəfərlik qrup itkin düşmüşdür.