00338d93 6f11 3031 8990 76bc49230238 850

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarına qəbul üzrə attestasiya keçirilib.

Globalinfo.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində “Gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursları”na qəbul üzrə attestasiya keçirilib.

Attestasya prosesində könüllü olaraq müraciət etmiş, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş hərbi qulluqçular və hərbi vəzifəlilərlə yanaşı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaq arzusunda olan qadınlar da iştirak ediblər. Kurslara namizədlərin seçimi zamanı onların hərbi bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, müharibə iştirakçılarına üstünlük verilib. Attestasiya komissiyasından müsbət rəy alan namizədlər imtahanlarda iştirak etmək hüququ qazanıblar.

İmtahanlarda yaxşı nəticə göstərən namizədlər müvafiq kurslara qəbul ediləcək, kursları müvəffəqiyyətlə başa vuran kursantlar Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.

75dac1fe cc89 388e 827e 3248ba3d2a24 1e2b957f 7b50 33a8 a028 d63175dde023 897926c0 c991 38fe 81de a01ebd89436e ed9b794b b566 3d00 9d30 c363ef90778f bee4a88f 71d1 3509 b8d3 cdd048c57b19 cf9776b2 89d8 397a a043 a9524109cf54 31fc9768 548c 3267 a659 8db0bf14f358 784b7bc8 d425 388d afc9 b6b67a1508fd

Paylaş: