“Əgər Messi “Əl-İttihad”la müqavilə imzalamağa razı olsa, mən ona istənilən məbləğdə – istədiyi qədər pulla. İstənilən müddətə – hətta ömürlük belə müqavilə imzalaya biləcəyi bir müqavilə təklif edərdim”.
Globalinf.az lent.az-a istinadən bildirir ki, “bunu Əl-İttihad” klubunun prezidenti Ənmar Əl-Xaili deyib.
Ənmar Əl-Xailinin sözlərinə görə, pul onun üçün heç nə demək deyil: “Mən sadəcə Messini istəyirəm, çünki bu, futbol tarixinin ən böyük oyunçusunun komandamızda olması deməkdir”.