“Əl-Hilal”ın prezidenti: “Mənə Messi haqqında sual verməyin”

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubunun prezidenti Fəhd bin Nafel “Paris Saint-Germain”in hücumçusu Lionel Messinin mümkün transferi ilə bağlı sualı cavablandırıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun cavabını “RMC Sport” yayıb.

“Mənə Messi haqqında sual verməyin. Mən sizə heç nə deməyəcəyəm. Mətbuat xidməti açıqlama yaysa, görərsiniz. Mənim üçün komanda oyunçudan daha önəmlidir. Klubumuza gələn hər bir ulduz bilməlidir ki, “Əl-Hilal” böyük klubdur”, – deyə Fəhd bin Nafel bildirib.

Qeyd edək ki, daha öncə “Əl-Hilal” Messiyə illik 400 milyon avro maaşla müqavilə təklif edib.