Əl Ərəbiyyə: HƏMAS və İsrail razılığa gəldi

“Həmas və İsrail humanitar yardımın çatdırılması ilə bağlı razılığa gəliblər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Razılaşmanın təfərrüatları haqda heç bir informasiya verilməsə də, onun əldə olunduğu HƏMAS-ın sözçüsü tərəfindən təsdiqlənib.

Qeyd edək ki, daha öncə HƏMAS Fransadan Qəzza zolağında 40 günlük atəşkəslə bağlı təklif almışdı.

Əliyar Xəlil
Globalinfo.az