Ekvadorda prezidentliyə namizədin ölümünə görə 6 nəfər həbs edildi

Korrupsiyaya qarşı çıxışları ilə tanınan Ekvador prezidentliyinə namizəd avqustun 9-u Cənubi Amerika ölkəsində zorakılıq dalğası fonunda paytaxtda keçirilən siyasi mitinqdə güllələnərək öldürülüb. Prezident Giyyermo Lasso namizəd Fernando Villavisensionun öldürülməsini təsdiqləyib və onun öldürülməsinin arxasında mütəşəkkil cinayətin olduğunu irəli sürüb.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Ekvadorda məhkəmə prezidentliyə namizəd Fernando Villavisensionun qətlində şübhəli bilinən 6 nəfəri istintaq tamamlamadan həbs edib.

Bildirilib ki, prokurorluq araşdırması 30 gün davam edəcək.