ekrem

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsindən uzaqlaşdırılan və həbsdə olan Əkrəm İmamoğlunun bir neçə gün əvvəl saxlanılan sabiq mühafizəçisi ilə bağlı qərar verilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətlərinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən korrupsiya istintaqı çərçivəsində nəzarət altına alınan İmamoğlunun mühafizəçisi olmuş Bektaş Kamburoğlu daha sonra prokurorluğa göndərilib və orada lazımi prosedurlar tamamlandıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, İmamoğlunun həbsindən sonra onun cangüdəni də korrupsiya istintaqı çərçivəsində nəzarət altına alınmışdı.

Paylaş: