Əkrəm İmamoğluna həbs cəzası verildi – Günahı açıqlandı

Türkiyə məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə başçısı Əkrəm İmamoğluna Türkiyə ali seçki qurumunun üzvlərini təhqir etdiyi üçün 2 il 7 ay 15 gün müddətinə həbs cəzası verib.

Globalinfo.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, Mərkəzi Seçki Komissiyasının (CHP) üzvlərini təhqir etməkə ittiham olunub.

Ə.İmamoğlunun qərardan şikayət etmək hüququ var.

Qərar Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilərsə, Ali Məhkəməyə təqdim olunacaq.

Əgər Ali Məhkəmə də qərarı təsdiq edərsə, İmamoğlu siyasətdən uzaqlaşdırılacaq.