IMG 20230311 WA0091 640x336 1

Yenə Çölçü Obasında tonqallar qalanmışdı. Çölçü Obası daha bir qonağını qarşılamağa hazırlanırdı.Çölçü Obası bu dəfə də gələnəklərini pozmayıb daha bir aydının uğur açarlarını “Çöldə Yaşam Öyüdləri”ndə paylaşdı.

Globalinfo.az xəbər verir ki, rejissor Eltən Törəçinin  Çölçü Obasındakı qonağı isə Azərbaycan da daxil olmaqla bütün Türk dünyasının seçilən ziyalılarından biri, Beynəlxalq “Alaş” ədəbiyyat mükafatçısı şair, publisist, türkoloq Əkbər Qoşalı oldu.

Tovuz rayonun Qoşa kəndində anadan olan türkoloq uşaqlıqdan bu gününə qədər yaşam yolunu şəkilləndirən öyüdlərdən danışdı. Paytaxtdakı yaşamına qədər, uşaqlığı və yeniyetməliyi kiçik bir kənddə keçən Əkbər  Qoşalı Bakı ilə tanışlığının onda buraxdığı izlərdən də söz açdı.

Niyə bu tanışlığın onun anılarında bu günə qədər silinməz izlər qoyduğunu analadan Əkbər Qoşalı xəyalən ötən çağlara qayıdır.
Eltən Törəçinin “Türk dünyasının bütünləşməsi üçün ortaq Türk dilinin gərəkliliyi” konusunda vurğuladığı “ortaq Türk dili yaranmamalıdır, Türk dili yenilənməlidir” fikrinə publisistin maraqlı yanaşması oldu.

Qədim Türk gələnəklərinə uyğun Çölçü Obasından göndərilən oxla “Çöldə Yaşam Öyüdləri” verilişinə qonaq olan Türk dünyasının tanınan aydını Əkbər Qoşalı gələnəksəl Türk oxçuluğunda da öz bacarıqlarını sınayıb, Eltən Törəçidən oxçuluğun sirlərini öyrəndi.

IMG 20230311 WA0093 IMG 20230311 WA0092 IMG 20230311 WA0090

Paylaş: