Əjdər Ol Ali Məhkəməyə müraciət etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyev (Əjdər Ol) kassasiya şikayəti verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əjdər Ol cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət onunla əsaslandırılır ki, məhkum istintaq dövründə iş üzrə dəymiş ziyanı tam ödəyib, həmçinin səhhəti ilə bağlı narahatlıq yaşayır.

İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial mqdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.